Bakıda xəstəxanada YANĞIN

Bakıda xəstəxanada YANĞIN
10:24 21 Aprel 2018
79 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda xəstəxanada yanğın baş verib.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Nərimanov rayonunda yerləşən xəstəxananın zirzəmisində (anbar kimi istifadə olunur) 300 m² sahədə tibbi ləvazimatlar yanıb. Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xəstəxanada olan xəstələrin təhlükəsizliyi təmin olunmuş və digər təhlükəsizlik tədbirləri görülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR