Malavinin U-20 yığmasında çıxış edən Abel Mvakilama serebral malyariyadan dünyasını dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu bir neçə gün öncə Portuqaliyanın aşağı dəstə təmsilçisi "Esmoris" klubunun düşərgəsinə gəlmişdi. Gənc futbolçu təxminən 3 həftə öncə Malavidə malyariya xəstəliyinə yoluxubmuş. Portuqaliyada xəstəxanaya çatdırılan Mvakilama aprelin 20-də vəfat edib.

O, ölkəsində Chitipa United klubunun şərəfini qoruyub. Bu komandanın heyətində hücumçu 37 qol vurub.

Milli.Az