Kreml İrəvandakı “məxməri inqilab”ı ŞƏRH ETDİ: “Rusiyanın müdaxiləsi…”

Kreml İrəvandakı “məxməri inqilab”ı ŞƏRH ETDİ: “Rusiyanın müdaxiləsi…”
15:08 23 Aprel 2018
80 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistan müxalifətinin aksiyaları bu ölkənin daxili işidir”.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu vəziyyətə Rusiyanın müdaxiləsi imkanı haqqında hipotetik fikirlər yersizdir.

“Bu, Ermənistanın daxili işidir. Moskva niyə qarışmalıdır? Burada hipotetik fikirlər tamamilə yersizdir”, - o yekunlaşdırıb.

Ermənistanda etiraz aksiyaları aprelin 13-də başlayıb. Aprelin 17-də isə Nikol Paşinyan "məxməri inqilab"ın başlandığını bəyan edib. Polis nümayişçilərə qarşı güc tətbiq edir. Dünən İrəvanda 277 nümayişçi saxlanılıb. Etirazçılar onların təcili azad edilməsini, baş nazir Serj Sarkisyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/southcaucasus/238531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR