“Putin onunla əvəzlənsə...” – ŞOK İDDİA

“Putin onunla əvəzlənsə...” – ŞOK İDDİA
20:53 23 Aprel 2018
116 Digər
Ölkə mətbuatı
A- A+

“Prezident Vladimir Putinin hakimiyyətdən gedişindən sonra Rusiyada daha gözlənilməz lider gələ bilər. Bu, Ukrayna üçün böyük təhlükə yaradacaq”.

Publika.az xəbər verir ki, bunu “ObozTV”nin efirində ukraynalı ekspert İliya Kusa söyləyib.

“Putinin İqor Qirkin kimi (Donetsk separatçılarının keçmiş lideri - red.) hansısa radikal dəli ilə əvəzlənməsi bizim üçün əlverişsizdir. Rusiyanın ritorikası son zamanlar ona gətirib çıxarır ki, Putindən daha qorxunc elemetlər yüksəlir. Əslində, Vladimir Putin kifayət qədər idarə olunandır. Onun maliyyə resursları qərb hesablarındadır. Bu haqda hamı, həmçinin ABŞ-ın maliyyə kəşfiyyatı bilir”, - ekspert bildirib.

Ekspertin fikrincə, Putinin yerinə Rusiya elitasının liberal və qərbyönümlü qanadının gəlməsi Ukrayna üçün əlverişlidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/mdb/238580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR