Düşmən ölkə üçün KRİTİK SAAT, müharibənin başlayacağı AY… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
184 baxış·4 dəq oxu
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin
direktoru Sergey Narışkin Azərbaycana səfər edib. Ermənistan üçün
kritik görüşün tarixi açıqlandı.G7 ölkələri
Donbas münaqişəsinə görə Rusiyaya qarşı sanksiyaları sərtləşdirə
bilər. Moskva ABŞ-ı beynəlxalq münasibətlərdə hegemon rolunu
saxlamaq üçün dünya dövlətlərini yeni qızğın silahlanmaya
itələməkdə ittiham edib.ABŞ Şimali Koreya ilə bağlı heç
bir mövzuda güzəştə getməyəcəyini bəyan edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 24-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin
direktoru Sergey Narışkini qəbul edib.
Prezident Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə görüşdü (YENİLƏNDİ)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfərə
gedib.
İlham Əliyev Türkiyəyədədir - FOTO (YENİLƏNDİ)
Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı
keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi”
Partiyasının rəhbəri, “Yelk” parlament fraksiyasının deputatı Nikol
Paşinyan aprelin 25-də Ermənistanın baş nazir vəzifəsini müvəqqəti
icraçısı Karen Karapetyanla görüşəcək. Bu haqda Nikol
Paşinyanın özü bildirib.
Onun sözlərinə görə, Karapetyanla danışıqlar yerli vaxtla saat
11:00-da “Armeniya-Mariott” mehmanxanasında başlayacaq.
Parlamentin deputatı dünənki mitinqdə elan edib ki, siyasi
dialoqun təklif edilmiş gündəliyi qüvvədə qalır.
Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB
Ermənistan müxalifəti aprelin 25-də yerli vaxtla
saat 19:00-da İrəvanın Respublika meydanında növbəti mitinq
keçirəcək. Bu haqda kütləvi etirazların təşkilatçısı,
“Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi”
partiyasının başçısı Nikol Paşinyan bildirib.
“Biz bu gün bütün imkanlardan istifadə edəcəyik. Müəyyən siyasi
konsultasiyalar təşkil edirik”, - o deyib.
İsrailin Suriyanın T-4 bazasına hücumuna görə İran
intiqam almağa çalışacaq. Bunu jurnalistlərə
açıqlamasında İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın
keçmiş rəhbəri Amos Yadlin deyib.
“Buna sübut İran İslam İnqilabı Keşikçiləri Korpusunun İsrailin
havadan müdafiə sistemini sıradan çıxaracaqları ilə bağlı
bəyanatıdır. SEPAH dediyi kimi bizim sistemlərimizi məhv edə
bilməz, amma onlar İsrailə böyük zərər verə bilərlər. May ayı bizim
üçün çox ağır keçəcək”, – deyə o bildirib.
Bəşər Əsəd rejimi rus istehsalı silahları bizə qarşı
istifadə etsə, İsrail Suriyaya hücum edəcək. Bu
sözləri İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.
“Bizim üçün vacib olan Rusiyanın Suriyaya verdiyi müdafiə
silahlarının İsrailə qarşı istifadə edilməməsidir. Bizə qarşı
istifadə edilsə, onlara hücuma başlayacağıq”, - nazir bildirib.
Qeyd edək ki, Rusiya Suriyanın hava hücumundan müdafiə
qabiliyyətini yüksəltmək üçün bu ölkəyə S-300 zenit-raket
kompleksləri verəcəyini açıqlayıb.
G7 (“Böyük yeddilik”) ölkələri Donbas münaqişəsində
görə Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.
Bu haqda G7-nin xarici işlər nazirlərinin Torontoda keçirilən
görüşdə qəbul etdikləri bəyanatda deyilir.
“Biz xatırladırıq ki, Donbas münaqişəsi üzrə iqtisadi
sanksiyaların ləğvi Minsk razılaşmalarının Rusiya tərəfindən tam
icrası ilə bağlıdır. Rusiya öz öhdəliklərini tamamilə yerinə
yetirərsə, bu sanksiyalar ləğv edilə bilər”, — rəsmi məlumatda
deyilir.
“Böyük yeddilik” həmçinin dünyada vəziyyətin
destabilizasiyasında Rusiyanı ittiham edib. Eyni zamanda, G7
ölkələri regional böhranlar və qlobal çağırışlar üzrə Rusiya tərəfi
ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə ediblər.
ABŞ beynəlxalq münasibətlərdə hegemon rolunu
saxlamaq üçün dünya dövlətlərini yeni qızğın silahlanmaya
itələyir. Bu haqda Rusiyanın müdafiə naziri Sergey
Şoyqu bildirib.
“Dünya yenidən bölüşdürülür və...” – Moskva ABŞ-ın QORXUNC PLANINI AÇIQLADI
ABŞ Şimali Koreya ilə bağlı heç bir mövzuda
güzəştə getməyəcək. Bunu Ağ Evin mətbuat katibi Sara
Sanders mətbuat konfransında bildirib.
“Məqsəd Koreya yarımadasının nüvədən təmizlənməsidir. Şimali
Koreyadan bu mövzuda tərəddüdsüz addım atana qədər bu ölkə
üzərindəki təzyiq maksimum olacaq. Pxenyan hökumətinin etdiyi
cəhdlərin fərqindəyik. Ancaq daha gediləcək çox yol var” -, sözçü
qeyd edib.
Qeyd edək ki, Şimali Koreya Seul və Vaşinqton hökumətləri ilə
keçirəcəyi zirvədən öncə nüvə və qitələrarası ballistik raket
sınaqlarına son verəcəyini açıqlamışdı. ABŞ prezidenti Donald Tramp
Pxenyan hökumətinin qərarını tvitterdən verdiyi açıqlama ilə
alqışlamış və gözəl bir xəbər olduğunu vurğulamışdı.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen Inın iyun ayına
qədər Donald Trampla görüşməsi planlaşdırılır.