Paşinyan: "Baş nazir olmağa hazıram"

Paşinyan: "Baş nazir olmağa hazıram"
21:54 24 Aprel 2018
70 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir postunu tutmağa hazır olduğunu bildirib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, N.Paşinyan baş nazir seçiləcəyinə əmin olduğunu vurğulayıb: “Əgər xalq bu məsuliyyəti üzərimə qoyarsa, baş nazir olmağa hazıram. Böyük ehtimalla, belə də olacaq”.   

 

Ermənistan müxalifətinin lideri seçicilərin 90 faizinin onu dəstəklədiyinə əmin olduğunu bildirib.

 

“Ermənistanın baş naziri Respublika partiyasının üzvü yox, xalqın nümayəndəsi olmalıdır”, - deyə  Nikol Paşinyan qeyd edib.  

 

Qeyd edək ki, aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-də keçiriləcək.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR