Hindistanın Uttar Pradeş əyalətində bir sərnişin qatarı paralel keçiddə içində 22 şagird olan məktəb servisinə vurub.
Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, qəza nəticəsində servisin sürücüsü və 13 uşaq həyatını itirib.
Qəzada 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Qəzanın səbəbi isə hələ məlum deyil.
Hindistanda keçən ay da bir qəza baş verib. Məktəb servisinin dağ yolunda uçurumdan düşməsi nəticəsində 24-ü uşaq olmaqla 27 nəfər həyatını itirib. .
.jpg)