Bir- birindən fərqli xüsusiyyətləri ilə

Dünyada bir çox xalq var və bu xalqların hər birinin özünə məxsus xüsusiyyətləri var.

Metbuat.az bir-birindən fərqli xüsusiyyətləri ilə dünyanın ən qəribə yerlərini təqdim edir.

Balaca insanların krallığı- Kunming yaxınlığında yerləşən Chen Mingjing adlı bu xüsusi parkda qeyri-adi bir dünya yaradılıb. Mingjing cücəlik xəstəliyi olan insanların ölkənin dörd bir tərəfindən buraya köçməsini istəyib.

Hal-hazırda burada yaşı 19 ilə 48 arasında olan təxminən 125 insan yaşayır. Bu insanlar cin, şəhzadə, cəngavər, mələkgeyimləri geyir və evləri ağac, göbələk kimi fərqli formalardadüzəldirlər.

Burada turistlər üçün xüsusi tamaşalar və turlar təşkil olunur, pulsuz ingilis dili dərsləri keçirilir. Həm də burada bir məktəb, bir xəstəxana, süpermarketlər, kafelər də var.

Ən xoşbəxt qəbilə- Brazilyadakı Porto Velhoşəhərindən 400 km-lik uzaqlıqda Piraha adlı qəbilə yaşayır. Buraya getmək üçün 4 günlük gəmi səyahəti etmək lazımdır. Piraha qəbiləsi zaman içində çox böyük çətinliklərlə qarşılaşıb, amma öz ənənələrindən qopmayıb. Pirahalar modern dünyanın texnologiyalarına ehtiyac duymadan, əlindəkilər ilə kifayətlənərək yaşayırlar.

Topladıqları qidaları bərabər şəkildə bölüşdürür. Boş zamanlarında əylənir və söhbət edirlər. Dünyanın ən xoşbəxt qəbiləsi olaraq tanınan Pirahaların bir çox qəribə xüsusiyyəti var.

Əkizlərin və üçəmlərin torpağı- Brazilyadakı Condido Godoidə əkiz və ya üçəmlərin doğuş nisbəti yüksəkdi. Burada 80 ailə 44 cüt əkiz və üçəm uşaq böyüdür.

Bir çox ailə buraya Birinci Dünya Müharibəsi əsnasında Almaniyadan köç edib. 90-cı illərin əvvəllərində bu qəribə hadisə jurnalistlərin diqqətini çəkib və daha sonra bura “Əkizlərin torpağı” adı verilib.

Əsirlik insanların adası- İkarya adasının fərqləndirən xüsusiyyət buradakı hər üç adamdan birinin 90 yaşına qədər yaşamasıdır. Hətta burada 100 yaşına qədər yaşayanların sayı daha çoxdur. Səkkiz ədəd şəfalı qaynağı olan və turist səviyyəsi aşağı olan bu ada Ege dənizində yerləşir. Burada təxminən 10 min nikbin insan yaşayır.








https://metbuat.az/news/940356/marsdan-gelen-gorun...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR