Super Liqanın ən kritik matçını 435 kart çıxaran hakim idarə edəcək

Super Liqanın ən kritik matçını 435 kart çıxaran hakim idarə edəcək
16:13 26 Aprel 2018
111 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasının 31-ci həftəsi çərçivəsində keçiriləcək “Qalatasaray” – “Beşiktaş” matçının hakimi bəlli olub.

Publika.az xəbər verir ki, derbi FİFA lisenziyalı hakim Fırta Aydınusa tapşırılıb.

Ona yan xətdə Sərxan Ox və Aleks Taşcıoğlu kömək edəcək. Matçın 4-cü hakimi isə Alper Ulusoy olacaq.

Fırat Aydınus liqanın ilk yarısında baş tutan “Beşiktaş” – “Qalatasaray” derbisini də idarə etmiş, “qara qartallar” qarşılaşmadan 3:0 qalib ayrılmışdı. Təcrübəli hakimin çıxdığı son derbi isə Türkiyə kubokunun yarımfinalında keçirilən və 2:2 hesabı ilə bitən “Beşiktaş” – “Fənərbaxça” matçı olmuşdu.

Super Liqanın geridə qalan 30 həftəsində turnir cədvəlində ilk iki sırada yerləşən “Qalatasaray” və “Beşiktaş” 29 iyunda qarşılaşacaq. Matç Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Ev sahibi “Qalatasaray”da Sərdar Əziz sarı kart cəzası aldığı üçün böyük matçda iştirak edə bilməyəcək. Eray İşcan isə dizindən zədələndiyi üçün komandasına kömək edə bilməyəcək. Komandada Sofiane Feqhouli, Maikon və Sinan Gümüşün isə bir sarı kartı var.

“Beşiktaş”da Türkiyə kubokunda “Fənərbaxça” ilə oynanan oyunda qırmızı kart alan Pepe bir matçlıq cəza aldığı üçün “Qalatasaray”a qarşı oynaya biləcək. Çünki Pepe cəzasını “Yeni Malatyaspor” matçında çəkib. “Ağ-qaralar”da Canər Ərkin zədəlidir. Atınç Nukanın çarpaz vətərlərinin zədəsi hələ də davam edir. Dusko Tosiç və Alvaro Neqredonun isə bir sarı kartı var.

Aydınusun “Beşiktaş” – “Qalatasaray” derbiləri

Baş hakim buna qədər 27 derbi idarə edib ki, bunun da 7-i “Beşiktaş” ilə “Qalatasaray” arasında baş tutub. Onun idarə etdiyi matçlarda 4 dəfə “Qalatasaray”, 2 dəfə “Beşiktaş” qalib gəlib, 1 dəfə bərabərlik qeydə alınıb.

“Sarı-qırmızılılar” bu matçlarda 11, “ağ-qaralar” isə 7 qol vurub.

Təcrübəli hakim bu derbilərdə 2 dəfə qırmızı, 30 dəfə sarı kart çıxarıb. Bu kartlardan 2 qırmızı, 13 sarı “Qalatasaray”lıların payına düşür.

Aydınusun “Qalatasaray” matçları

“Qalatasaray” isə Fırat Aydınusla 45 matça çıxıb. Bu matçlarda 22 dəfə qalib gəlib, 9 bərabərlik əldə edib, 14 dəfə məğlub olub. “Qalatasaray” 102 sarı, 10 qırmızı, rəqibləri isə 113 sarı, 8 qırmızı kart görüb.

Aydınusun “Beşiktaş” matçları

Təcrübəli hakimin başçılığı ilə 35 matça çıxan “Beşiktaş” 14 dəfə qalib gəlib, 10 bərabərlik əldə edib, 11 dəfə məğlub olub. Bu matçlarda “qartallar” 83 sarı, 6 qırmızı kart görüb. Rəqiblərinə isə 101 sarı, 12 qırmızı kart göstərib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR