İstanbul Ümraniyedə baş verən hadisədə oğlunu itirdkdən sonra psixoloji problemlər yaşayan Özcan Yıldız həyat yoldaşı ilə birlikdə yaşadığı yerdə əsəb pozuntusu keçirib.
Metbuat.az türk mediasına istinadla bildirir ki, boşanmaq istədiyini deyən həyat yoldaşı Dilek Yıldızı silahla vuran şəxs daha sonra intihar edib.
Hadisə yerinə gələn komandalar ağır yaralı Dilek Yıldızı Ümraniye Təhsil və Tədqiqat xəstəxanasına çatdırıb.
Özcan Yıldız isə həyatını itirib.
Polis hadisəylə bağlı araşdırmanı davam etdirir.