Hər birimiz təlaş içində yaşayır və daim harasa tələsirik. Çox zaman elə tələsirik ki, indi nə uzun-uzadı məktublar yazmağa, nə də telefonla saatlarla danışmağa vaxtımız var. Hətta hisslərimizi belə qısa aforizmlər və kəlmələrlə ifadə edirik. Bizim gözləməyə vaxtımız yoxdur, bu səbəbdən də yeganə istəyimiz hər bir nemətə tam şəkildə və indi yiyələnməkdir.

Buna misal olaraq, televizor dediyimizdə, həm gözəl və zövqlü, həm "ağıllı" və funksional, həm də təsviri təbii və keyfiyyətli ifadə edən bir cihaz görmək istəyirik. Məşhur satirik və saysız aforizmlər müəllifi Qenadiy Malkinin sözləri ilə desək: "Hətta ən parlaq qadın belə televizorla rəqabət apara bilməz".

Belə ki, Samsung QLED televizorları istənilən təsviri ekranda həyatda olduğu kimi canlı və təbii ifadə edir. Yeni Quantum Dot texnologiyası sayəsində onlar milyardlarla incə rəng çalarını ötürməyə qadirdirlər. Burada hər bir xırda kvant nöqtəsi ayrı-ayrı rəng çalarına cavabdeh olub, işıq keçirən incə örtük yaradır. İşıq hər nöqtənin daxilindən keçərək, incə rəng tonu yaradır. Bununla bahəm, parlaqlıqdan asılı olmayaraq təsvirin həm qaranlıq, həm də işıqlı hissələri tam aydınlıqla dəqiq ifadə olunur. Yeni texnologiyalar sayəsində siz mükəmməl ağ rəngdən dərin qara rəngə qədər bütün rəngləri tam səlis seçə biləcəksiniz. QLED TV sizə nəyinki, ideal təsvir bəxş edir, o həm də ən incə zövqü belə oxşayacaq dizayn üslubuna malikdir.

Minimalistik dizayn üslubu sayəsində televizor seyrindən fikriniz yayınmayacaq. Zərif cizgilər, incə metal çərçivə və xırda detallara qədər düşünülmüş dayaqlar sayəsində siz ekranda baş verənlərin ab-havasına dalacaqsınız. Divarda və ya dayaq üstündə quraşdırılmasından asılı olmayaraq QLED TV hər bir interyerə zövq qatacaq. Əlavə cihazların televizora yeganə kabel ilə qoşula bilməsi isə istənilən məkana mükəmməl səliqə bəxş edir. Dolaşıq kabellərdən azad olmaq üçün düşünülmüş bu həll, televizoryanı sahəni boş saxlamağa və əlavə cihazları daim televizora qoşulu halda saxlamağa imkan yaradır. Belə ki, One Connect sayəsində siz bütün lazımı cihazları bir yerdə toplayıb "göz önündən gizlədə" bilərsiniz.

QLED TV sizə xəyallarınızdakı televizoru bəxş edərək, seyrdən əsil həzz almağa imkan yaradır.

Samsung QLED TV televizorları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.