"Qızıl top"u kim qazanacaq?

"Qızıl top"u kim qazanacaq?
09:47 12 Yanvar 2015
166 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Sürix şəhərində Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbirdə üç namizəddən biri “Qızıl top”a sahib olacaq.

Bunlar Portuqaliya millisinin və "Real"ın (Madrid) hücumçusu Kriştianu Ronaldu, Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyerdir.

Messi artıq sözügedən mükafatı 4 dəfə (2009, 2010, 2011, 2012) qazanıb. Ronaldu isə 2 dəfə (2008, 2013) dünyanın ən yaxşı futbolçusu seçilib. Noyer isə ilk dəfə bu mükafa sahib ola bilər.
Xatırladaq ki, bu mükafatı sonuncu dəfə K.Ronaldu qazanıb.

Bundan əlavə, tədbirdə ilin rəmzi komandası, ilin ən yaxşı qolu, qadınlar arasında ilin ən yaxşı futbolçusu və ilin ən yaxşı baş məşqçisinin də adı elan ediləcək.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR