Tunisin paytaxtı yaxınlığında iki sərnişin qatarı toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qatarların toqquşması nəticəsində bir nəfər həlak olub, azı 60 nəfər isə xəsarət alıb.

Ben-Arus əyalətinin qubernatoru bildirib ki, həlak olan qatarlardan birinin maşinistidir. Xəsarət alanlardan azı 2 nəfərin vəziyyəti ağırdır.

Milli.Az