Televiziya ulduzu Kim Kardaşianın ögey atası , Kylie və Kendall Jenner bacılarının köhnə olimpik atlet və televiziya ulduzu olan atası Bruce Jenner 3 il əvvəl əməliyyatla cinsiyyətini dəyişdirmişdi.

Metbuat.az-ın verdiyi məlumata görə, daha əvvəl 3 dəfə evlənmiş Jennerin hər evliliyindən 2 uşağı var. Jenner bir müddətdir ki, 21 yaşındakı Sofia adlı transseksual tələbə ilə birlikdədir. O, dördüncü evliliyini Sofia ilə edəcəyini bildirib.

65 yaşlı Bruce Jenner əməliyyatla qadın olduqdan sonra ilk pozasını “Vanity Fair” jurnalına vermişdi və adını Caitlyn olaraq dəyişdirmişdi.


https://metbuat.az/news/930105/ucuncu-dunya-muhari...