Aralıq dənizində Liviya sahillərində 97 qeyri-leqal miqrant xilas edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, 97 qeyri-leqal miqrant Aralıq dənizi vasitəsi ilə Liviyadan Avropaya keçmək istəyiblər. Xilas edilən miqrantlar arasında 29 Misir və 2 Tunis vətəndaşı olub.
Miqrantlar Liviyanın HDQ-nin hərbi bazasına gətirilib və onlara tibbi yardım göstərilib.
Milli.Az