Braziliyalı serfer Rodriqo Kokksa yeni dünya rekordu vurub.

Milli.Az Reuters-ə istinadən bildirir ki, o, 24,38 metr hündürlüyü olan dalğanı "ram" edib.

Buna görə serferə "Quiksilver XXL Biggest Wave Award" mükafatı verilib.

Rodriqo Koksa rekordunu Atlantik okeanından gələn nəhəng dalğaları ilə tanınan, Portuqaliyanın Nazara həhərindəki Praya du Norti çimərliyində vurub.

Çimərlikdə keçirilən serfinq yarışında gerçəkləşən rekordu Dünya Serfinq Liqasının (WSL) hakimləri qeydə alıblar.

Lakin rekord dünən rəsmən təsdiqlənib və Ginnesin Rekordlar Kitabına salınıb.

Əvvəlki rekord amerikalı Qarret Maknamaraya məxsusdu və Koksanın göstəricisindən 68 sm az idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nəhəng dalğanı "ram" etdi - yeni rekord - VİDEONəhəng dalğanı ram etdi - yeni rekord