Ağcabədi rayonunda Qarabağ Autizm Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.
Autizmlilər İdman Klubu İctimai Birliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, reabilitasiya mərkəzində autizmlilərlə yanaşı, daun və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər də yaradılmış xidmətlərdən yararlanacaqlar.
Yeni yaranmış Qarabağ Autizm Reabilitasiya Mərkəzinin rəhbəri Günay Namazovadır.
Milli.Az