Almaniyanın Bavariya bölgəsində yük və sərnişin qatarları toqquşub.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Ayxax şəhəri yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, nəticədə azı 2 nəfər ölüb, xəsarət alanlar var.

Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.