"Dünya xalqları ədalətliləri" -1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu"na əsasən Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost" illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri addır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yəhudiləri ölümdən xilas edən bu qəhrəmanlara İsrail dövləti müxtəlif imtiyazlar verir. Xüsusi medalla mükafatlandırılır, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyindəki Şərəf lövhəsinə həkk olunur.

"Dünya xalqları ədalətliləri" adını alan şəxslərdən kimsə İsrail vətəndaşlığına keçərsə o zaman təqaüd və sağlamlıq sığortası ilə təmin olunur. Eyni zamanda həmin şəxsə ev də verilir.

Yəhudiləri xilas etmək o dövr üçün böyük təhlükə idi. Yalnız fədakar adamlar bunu edə bilərdilər. Çünki yəhudiləri xilas edəcək adamı ölüm cəzası gözləyirdi. Heç kim buna risk edə bilmirdi. Yəhudini xilas edən adamın tək özünü deyil, onunla bərabər bütün ailəsini də güllələyirdilər. 1945-ci ildə Litvalı meşəbəyi yəhudiləri gizlətdiyinə görə öldürülmüşdü. Buna bənzər taleyi polis işçisi Paul Qrüninger də yaşamışdı. Yəhudiləri sərhəddən qeyri-qanuni yolla keçirtdiyinə görə təqib olunmuş və işindən azad edilmişdi. Antisemitist qüvvələrin xofu hamının canında idi.

Strasbourg 22 juillet 2012 Remise diplome Yad Vashem Auguste et Jeanne Bieber 01.JPG

Ancaq bununla belə yəhudilərə xilas edən xeyli adam var idi. O adamlara hərbçilər, polis işçiləri, varlılar kömək edirdi. Bu kömək sayəsində nə qədər yəhudi ölümün əlindən alınmışdı.

Məsələn, Polşada 120 minə yaxın yəhudi xilas olunmuşdu. Ehtimal olunur ki, 300 min polyakın bu xilasda əli var. Nasistlər yəhudiləri xilas edən 5 min polyakı edam etmişdilər.

Xilasetmə getdikcə genişlənirdi. Və 1942-ci ildə Polşa hökuməti yəhudilərin xilasını təşkil edən "Jeqota" təşkilatını yaratdılar. Təşkilat Polşanın işğal olunmuş yerlərində yəhudilərin xilasına kömək edəcəkdi.

İrena Sendler və Zofiya Kozak təşkilatın rəhbərləri idi.

İrena Sendler Varşavada dünyaya göz açıb. Atası xəstəxananın rəhbəri idi. Kasıblar bu xəstəxanada pulsuz müayinə olunurdu. Ata-anası İrenaya insanları dini, irqi, milli ayrıseçkilik etmədən sevməyin vacib olduğunu öyrədib. 7 yaşında atasını yatalaq xəstəliyindən itirir.

Image result for ШиндÐ

Oskar Şindler İkinci Dünya Müharibəsində, Polşada və bugünkü Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1200-ə qədər yəhudini yəhudi soyqırımından qurtarıb.

1942-ci ildə Krakov gettosuna edilən Yəhudi axına şahidlik edən Şindler, əsgərlərin buradakı yəhudiləri toplayıb Krakov-Plaszov düşərgəsinə daşınma proseslərin görmüşdü. Şindler özü üçün çalışan bir çox Yəhudini öldürmə səhnəsi görüb dəhşətə gəlmişdir. Şindler, təkidi sayəsində "Şindlerin yəhudiləri" (Schindlerjuden) olaraq tanınan işçilərini qorumaq üçün böyük bir şücaət göstərmişdir. Şindler DEF-də çalışan Yəhudiləri qurtarmaq üçün çox zaman qeyri-adi yollara baş vurmuşdu. Çox zaman şəxsi xarizmasını və insanların sevgisini qazanma özəlliyindən istifadə, lazım olan zamanlarda isə "yaltaqlıq" etmişdi.

Onlar minlərlə uşağı soyqırımdan xilas etdilər - ARAŞDIRMA

Müharibənin sonuna doğru Şindler bütün sərvətini rüşvət və qaçaqmalçılıqla, işçiləri üçün etdiyi alış-verişlərlə tükətmişdi. Yoxsul vəziyyətdə Regensburg, Almaniyaya və daha sonra Münhenə köçür. Ancaq müharibə sonrası Almaniyada uğur qazana bilmədi. Əslində, maliyyə durumu Yəhudi təşkilatlarından yardım alacaq qədər pis idi.

1948-ci ildə Şindler Argentinaya köçür, ancaq orada da iflas edir.

1958-ci ildə Almaniyaya dönür və bir sıra ardıcıl uğursuz iş cəhdlərinə girişir. Almaniyada balaca bir evə yerləşir və təkrar bir Yəhudi təşkilatının köməkliyi ilə bir sement fabriki qurmağa çalışır. Ancaq bu iş də 1961-ci ildə iflas edəndə iş ortağı ortaqlığı rədd edir. Oskar Şindler 9 Oktyabr 1974-cü ildə Frankfurtda 66 yaşında vəfat etdi.

Daha bir qəhrəmanın adı Raul Qustav Vellenberqdir. İsveç diplomatı, memar Raulun bir başqa adı da "Xeyirxah insan"dır.

Image result for ВаÐYapon Şindler" də deyirlər.

Image result for Chiune Sugihara

Litvada səfir vəzifəsindəydi Suqixara. SSRİ Litvanı işğal edəndə səfirlərin ölkəni tərk etməsini əmr etmişdi.

Əşyalarını toplayan Suqixaranın yanına ümidsiz yəhudilər gəlir. Onlar tranzit viza üçün yapon səfirə ağız açmışdılar. Bu viza onları SSRİ-dən keçmə imkanı tanıyacaqdı.

Suqixara bunun üçün Tokiyoya zəng etdi, ancaq tələb rədd edildi.

Yəhudilərə çox üzülmüşdü Suqixara. Ona görə də öz gücü ilə onlara viza almağa çalışdı.

Səfirliyin bağlanması, özünün çıxıb getməsinə qədər olan vaxtda xanımı ilə bir yerdə 10 minə yaxın yəhudiyə Yaponiya vizası çıxardı. Öz hökumətinə qarşı gəldi.

Suqixara tərəfindən verilən vizalar yəhudiləri 1941-ci ildə Litvanı işğal edən faşistlərin əlindən xilas etdi.

Ölkəsinə qayıdanda onu işindən azad etdilər. Sonrakı həyatında bir neçə fərqli işdə çalışmağa məcbur oldu. Vəfatından bir il sonra ona İsrailin qürur mükafatı verildi. Bu gün Yaponiyada Suqixara qəhrəman kimi anılır.

Portuqaliyalı Souza Mendeş də xilaskarlardan biridir. 12 min yəhudini ölümdən xilas edib. Çox çətinliklə yəhudiləri fransız-ispan sərhədindən keçirə bilib. Bu xilaskarlığına görə cəzalandırılıb. Dövlət onu işindən azad etdirib. 1954-cü ildə Lissabonda vəfat edib. 1955-ci ildə, ölümündən bir il sonra onu yəhudiləri xilas etdiyi üçün mükafatlandırıblar.

Image result for João de Souza Mendes Júnior

Yəhudiləri xilas edənlərin arasında ən məşhurlardan biri də Yevqeniuş Lazovskidir. Polyak həkim öz dostu Stanislav Matuçeviçlə bir yerdə yəhudiləri xilas etməyi bacarır. İkinci dünya müharibəsində 8 min yəhudini Xolokostdan xilas edir. Onlar vəba epidemiyası olduğunu yalandan bəyan edirlər və beləcə alman ordusu şəhərə daxil olmur. Bu böyük risk idi. Lazovski ölümlə hədələnirdi.

Image result for Лазовский, Евгениуш

Müharibədən sonra Lazovski Amerikaya, həkim işlədiyi yerə gedir. 80-ci ilin sonlarına qədər Amerikada qalır. Qızı ilə birgə yaşayır. 2006-cı ildə Amerikada vəfat edir.

Yəhudiləri xilas edən və "Beynəlxalq ədalətlilər" adlandırılanlar bunlarla kifayətlənmir. Xilaskarlar arasında diplomatlar və məmurlar da olmuşdur. Onlardan yəhudilərin xilası naminə öz karyeralarını təhlükə altına qoyanlar sırasında ən məşhurları Aristides de Sousa Mendes (Portuqaliya), Tiune Suqixara (Yaponiya) və Paul Qrüningerdir (İsveçrə). Çinin Vyanadakı baş konsulu He Fenşan yəhudilərə Sinqapura və bir sıra başqa ölkələrə gedə bilmələri üçün viza vermişdir. Parisdəki İran səfirliyinin əməkdaşı Əbdül Hüseyn Sədri də həmçinin, nasistlər tərəfindən işğal olunmuş Parisdə olan yəhudilərə üç mindən çox İran vizası verərək, onların həyatını xilas etmişdir. Lakin yəhudilərin xilaskarı olan ən məşhur diplomat, yəqin ki, İsveçdən olan və on minlərlə Macarıstan yəhudisinin həyatını xilas edən Raul Vallenberq olmuşdur. Avropa yəhudilərinin (əsasən də Macarıstan) həyatını xilas etmək üçün onlara Salvador vətəndaşlığı haqqında 40 min saxta sənəd verən Salvador diplomatı - polkovnik Xose Artur Kastelyansın adı ictimaiyyətə yalnız 2006-cı ildə məlum oldu. Onun bu addımı sayəsində 25 mindən çox insan xilas edilib. "Beynəlxalq ədalətlilər" arasında Budapeştdəki ispan nümayəndə heyətinin üzvü Corc Perlas və İspaniyanın Afinadakı konsulu Sebastyan Romero Radiqalesin adını da qeyd etmək lazımdır.

Onlar minlərlə insana yenidən həyat verdilər.

Milli.Az