İndoneziyadakı Dani qəbiləsinin dünyanın ən qeyri-adi yas adət-ənənələri var.
Metbuat.az xəbər verir ki, Dani qəbiləsi Vamen adlı bir qəsəbədə (Kyklops dağlarının ortasında bir yer), Papua əyalətindən son dərəcə uzaq bölgədə yaşayır. Bu əraziyə yalnız təyyarə ilə getmək mümkündür.
Dani qəbiləsi 1938-ci ildə amerikalı missioner Riçard Archbold tərəfindən kəşf edilib. Dünyada cəmiyyətdən uzaqlaşmış və dəyişikliyə məruz qalmamış ilk qəbilələrdən biri olaraq tanınır.
Meşənin dərinliklərində yaşayan Dani qəbiləsi geyimləri, adət-ənənələri və həyat tərzləri ilə cəmiyyətdən təcrid olunmuş bir həyat yaşayırlar.
Dani qəbiləsinin üzvləri sevdikləri birini itirdikdə dünyanın ən qəribə yasını tuturlar. Bu qəribə yas isə insanlarn barmaqlarını kəsməsidir. Ölən həyat yoldaşları üçün tutduqları yasın əlaməti olaraq barmaqlarını kəsirlər.
Bu qəribə adət o qədər geniş yayılıb ki, insanların barmaq saylarına baxaraq hansının dul, hansının evli olduğunu anlamaq olur.
Kəsmədən əvvəl 30 dəqiqə ərzində barmağın üst hissəsi sıx iplə bağlanılır. Qanaxmanın qarşısını almaq və yeni barmaq ucunun yaranması üçün açıq yara dağlanır.
Barmaq kəsmənin sevdiyi adamı itirdikdən sonra əzab çəkmənin simvolu olduğu deyilir. Amma barmaq kəsmə tətbiqi bir neçə il əvvəl rəsmi olaraq qadağan edilib.
Bu səbəblə adətən yaşlı adamlarda belə barmaqlara rast gəlinir.

