Tovuzda qadın özünü yandıraraq intihar edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Cəlilli kəndində kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin həyətində olan toyuq hinində özünü yandırıb. Qadın hadisə yerində ölüb.

Məlumata görə, 3 uşaq anası olan qadın yoluxucu xəstəlikdən əziyyət çəkirmiş.