"Yuventus"un 4:0 hesablı qələbəsi ilə yekunlaşan İtaliya kubokunun finalı qolkiper Canluici Buffon üçün əlamətdar olub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, italyalı qolkiper 300-cü dəfə qapısını toxunulmaz saxlayıb.
Buffon bu göstəriciyə 655-ci oyununda nail olub. 40 yaşlı qapıçı meydana çıxdığı görüşlərin 46%-də qapısında qol görməyib.
İtaliya A Seriyasında 974 dəqiqə "quru seriya"nı davam etdirən Buffon bu mənada rekord sahibidi. Bununla yanaşı, o, bir mövsüm daxilində (2011-12, 2015-16) ümumilikdə 21 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
Milli.Az