FİFA DÇ-2026-ın səsverməsi üçün ABŞ-a böyük güzəşt yaradıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ali futbol qurumu DÇ-2026-ın ev sahibinin müəyyənləşməsi üçün keçiriləcək səsvermədə iştiraka ABŞ-ın siyasi nəzarətində olan 4 ölkəyə icazə verib.

Bu ölkələr Amerika Samoası, Quam, Puerto-Riko və Virciniya adalarıdı. ABŞ, Meksika və Kanada DÇ-2026-ya ev sahibliyi etmək üçün Mərakeşlə mübarizə aparacaq.

Bir çoxu iddia edirdi ki, ABŞ-ın nəzarətində olan bu ölkələrə səsvermədə iştiraka icazə verilsə, bu, maraqların toqquşmasına gətirib çıxaracaq.

Ancaq FİFA bildirib ki, siyasi statusa görə, bu ölkələri səsvermə hüququndan məhrum edə bilməz.

Milli.Az