Nüşabə: “Mənə söyülən söyüşlər hamısı həmin adamın özünə gedir”

Əməkdar artist Nüşabə Ələsgərli yayılan görüntülər haqqında açıqlama verib.

Metbuat.az xəbər verir ki, müğənni ARB TV-nin “Səhər-Səhər” proqramında qonaq olub. O, oğlunun keçmiş toyunda müğənni Tunardan incidiyini bildirib:

“Mənə deyiləndə ki, bu xəbəri kim yayıb, mən dedim ki, Tunarın reklamı üçün edilib. Mənə deyirlər Tunarın qarşısını kəsmişəm. 11 ildi oxuyaydı da. O ki qaldı mənim özümü reklam etməyə. Toyda İbrahim mənim əlimi qaldırdı dedi, xanım ağa, bizim hər birimizin bilet pulumuzu kim ödəyib. Heç mən onu yayıb demədim ki, İbrahim mənə ad verdi. Ancaq mən Tunardan incimişəm. Ona görə ki, sosial şəbəkədə videonu yayıb. Altında da hamı mənə söyürdü. O da videonu silmədi. Mənim ünvanıma deyilən təhqirlər hamısı o adamın özünə gedir.”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR