"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyət yanında "Azəraeronaviqasiya" Hava Hərəkət İdarəsi "AIM" aeronaviqasiya məlumatnın idaraetmə inteqrasiya sisteminin tətbiqi prosesini başa çatdırmışdır. Belə tam inteqrasiya olunan sistem bütün digər postsovet məkanı ölkələri arasında ilk dəfə tətbiq olunur.

Hava Hərəkətnin idarə edilməsi sahəsində Qlobal Konsepsiyaya müvafq olaraq "AIM" yeni aeronaviqasiya məlumatnın idarəetmə sistemi SWIM - System Wide Informaton Management konsepsiyasını əks etdirir və ICAO yol xəritəsinin bir hissəsidir. SWIM aviasiya, aeroport, uçuş, meteoroloji məlumat , eləcə də müşahidə, hava gəmilərinin axınının və hava məkanının buraxılış qabiliyyətnin məlumat mübadiləsinə köməklik edir.

Bu cür yanaşma hava hərəkətnin təşkil edilməsində bütün məlumat tədarükçüləri və istfadəçiləri arasında birbaşa mübadiləni təmin edir.

"Müasir mülki aviasiya vaxtnda təqdim edilən düzgün, dəqiq aeronaviqasiya məlumat olmadan mümkün deyil. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin dəstəyi sayəsində "Azərbaycan Hava Yolları" bu gün rəqəmsal şəkildə aeronaviqasiya məlumatnın ilkin mənbədən son istfadəçilərə çatdırılma axınının fasiləsiz təşkil edilməsinə imkan verən qabaqcıl texnologiyalar tətbiq edir. Bu, öz növbəsində göstərilən xidmətlərin keyfyyətni artracaq, uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin, uçuşların səmərəliyi məlumatnın təmin edilməsində vacib olan məlumatn işlənib hazırlanması prosesini sürətləndirəcək" - deyə "Azəraeronaviqasiya" Hava Hərəkət İdarəsinin Direktoru Fərxan Quliyev qeyd etmişdir.

"Aeronaviqasiya" bu sahədə son texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi məqsədilə digər hava hərəkət idarəetmə mərkəzləri ilə əməkdaşlıq etməyə hazırdır.

Milli.Az