"Barselona"da oyun praktikasının azlığından əziyyət çəkən Yasper Sillessen karyerasını Almaniyada davam etdirə bilər.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Bavariya" onunla yaxından maraqlanır.
Münhen klubu Sillesseni Manuel Noyerin əvəzedicisi qismində görür. Lakin "Barselona" tərəfinin indilik məsələyə müsbət yanaşmadığı bildirilir.
Sillessenin katalon klubu ilə 2021-ci ilə kimi müqaviləsi var. Hollandiyalı qapıçının sərbəst qalma məbləği 60 milyon avro təşkil edir.
Daha öncə "Liverpul", "Atletiko" və "Napoli"nin Yasper Sillessenin xidmətində maraqlı olduğu haqda xəbərlər yayılmışdı.
Milli.Az