Barselona”nın qapıçısı Yasper Sillessen karyerasını Almaniyada davam etdirə bilər.

Metbuat.az-ın məlumatına görə, hollandiyalı qolkiperlə “Bavariya” yaxından maraqlanır.

Münhen klubu 29 yaşlı qapıçıya komandanın kapitanı Manuel Noyerin əvəzedicisi kimi baxır.

Qeyd edək ki, 2021-ci ilə kimi “Barselona” ilə müqaviləsi olan Sillessenin təzminat qiyməti 60 milyon avrodur.