Türkiyənin Balıkesir şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 19 nəfər xəsarət alıb. Xəsarət alanlar Bandırma Dövlət Xəstəxanasına yerləşdirilib.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az