Mərhum Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirli bilinən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə Mirzə Şəmsiyevin Firəngiz Ulutürkə qarşı vurulan ziyanı ödədiyi məlum olub.

Mirzə Şəmsiyev digər zərərçəkmişlərə vurulan ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib. Növbəti proses mayın 18-də davam edəcək.

İttihama görə, Mirzə Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirmək adı ilə onun həyat yoldaşı Firəngiz Ulutürkə aldadıb. O, Firəngiz Ulutürkdən təxminən 4 min manat alıb. Istintaq araşdırması zamanı təqsirləndirilən şəxsin daha bir neçə nəfərə qarşı dələduzluq etdiyi müəyyən edilib. O, işdə olan digər zərərçəkmişlərə ümumilikdə 100 min manatdan çox ziyan vurub. Mirzə Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.

Hacı Zeynalov