Şimali Koreya Cənubi Koreya rəhbərliyini sərt tənqid edib.

Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, Şimali Koreya Sülh Birləşməsi Komitəsinin sədri Ri Son-Gwon bu həftə planlaşdırılan görüşün ləğvinə səbəb olan problemlərin həllinə qədər Cənubi Koreya rəhbərliyi ilə bir masaya əyləşməyəcəklərini bildirib.

Xatırladaq ki, iki ölkə liderlərinin görüşündən sonra Koreya yarımadasına vəziyyət yaxşı idi, ancaq ABŞ-ın Cənubi Koreya ilə apardığı ortaq hərbi təlimlər rəsmi Pxenyanı qəzəblənməsinə səbəb oldu.

Aysel Yaqubqızı / Metbuat.az