“Yuventus” mövsümün sonunda komandanı tərk edəcək qapıçısı Canluici Buffonun əvəzləyicisini tapıb.

Publika.az xəbər verir ki, Turin klubu “Cenoa”nın qapıçısı Mattia Perinlə anlaşıb. Onun transferi üçün 8 milyon avro ödənildiyi bildirilir.

25 yaşlı italiyalı qolkiperlə 5 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, ötən gün Cianluici Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyurdu.