İtaliya A seriyasının köhnə-yeni çempionu "Yuventus" cari mövsümdə sonuncu oyununu keçirib. Bu, həm də komandanın əfsanəvi qapıçısı Canluici Buffon üçün ağ-qara formada son oyun olub.

Publika.az xəbər verir ki, 38-ci turda "Verona" ilə qarşılaşan "Qoca sinyora" qələbə qazanıb - 2:1. Meydan sahiblərinin heyətində Ruqani və Pyaniç, qonaqlarda Alessio Çerçi fərqləniblər.

40 yaşlı Buffon 60-cı dəqiqədə əvəz olunub və o, meydanı azarkeşlərin alqış sədaları altında tərk edib. Bu oyun Ştefan Lixtştayner üçün də "Yuventus"un heyətində sonuncu olub.

Ötən tur çempionluğu rəsmiləşdirən "Yuve" mövsümü 95 xalla başa vurub. 25 xal toplayan "Verona" isə A sriyasını tərk edib.