Ermənistanda dolma festivalı keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, festivalda dolmanın 80-ə yaxın növü nümayiş etdirilib.
Festival barədə açıqlama verən Ermənistan kulinariya ənənələrinin qorunması və inkişafı ictimai təşkilatının rəhbəri Sedrak Mamulyan bildirib ki, festivalda 30 komanda iştirak edib: “Təşkilatımız tərəfindən keçirilən 8-ci festivalda 30 komanda dolmanın təxminən 70-80 növünü təqdim edib”.
Festival Ararat vilayətinin Hnaberd kəndində "Dvin" tarixi-arxeoloji muzeyi yaxınlığında təşkil olunub.
Festivalda dolmadan başqa, qonaqlara şərablar, şirniyyatlar, kabablar da təqdim olunub.
Mamulyan bilidirib ki, onların təşkilatı may ayını bütün dünyada dolma ayı elan edib. Artıq 6-7 ölkədə bu bayram keçirilir.
Pərviz Hikmət