Elgiz Əkbərin sözünü kim şişirdib danışıb?

Metbuat.az xəbər verir ki, ARB TV –nin “Səhər-Səhər”efirinin qonağı müğənni Ramal olub. Ramal verilişə başlayar-başlamaz aparıcıdan şikayət edib:

“Elgiz mənə məsuliyyətsiz, tənbəl day nə qaldı hamısını deyir.”

Bu anda aparıcı reklam arası olan söhbəti kimin müğənniyə çatdırdığını soruşsa da, müğənni etiraf etməyib.

“Ramal, mən sənin xətrini çox istəyirəm və neçə illərdi səni tanıyıram. Bu söhbət Elməddin, Elza, İzzət və Zema qonaq olanda danışılıb. Kim bunu sənə tez araqarışdıraraq, şişirdib çatdırıb? Heç sən deməsən də özüm təhlil edəcəm. Bax Elməddin deməz, İzzət heç deməz. Qaldı Elza və Zema.”


Nadir aparıcının yalanını efirdə açdı - VİDEO - Oxumaq üçün tıkla