“Nomad Stunts” beynəlxalq kaskadyorlar birliyinin üzvü, peşəkar döyüşçü-aktyor Sain Fərhad Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliya Nazarbayevanın çəkdirdiyi "Tomris" filminə dəvət alıb.

Bu barədə Sportlife.az-a Sain Fərhad məlumat verib.

Hollywood-da peşəkar kaskadyorluq kurslarını fərqlənmə ilə bitirən ilk azərbaycanlı olan S.Fərhad bildirib ki, tarixi janrda çəkilən filmin çəkilişləri avqust ayının sonlarına qədər davam edəcək.