Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi
Movses Akopyan istefaya göndərildi.
Publika.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bu gün
baş qərargah rəisi postuna yeni şəxsin təyinatının olacağını
açıqlayıb.
Ermənistan mediası isə hərbi mənbələrə istinadən yeni baş qərargah
rəisinin Onik Qasparyanın olacağını yazıb.
O.Qasparyan baş qərargah rəisinin birinci müavinidir. O, bu
vəzifəyə ötən ilin iyununda Serj Sarkisyan tərəfindən təyin
olunmuşdu.
Əslində Ermənistan ordusunda “vurulmalar” və yeni təyinatlar “aprel
müharibəsi”ndə məğlubiyyətdən sonra başladı. Məğlubiyyətin nəticəsi
olaraq müdafiə naziri Seyran Ohanyan postundan uzaqlaşdırıldı. Onun
yerinə Viqen Sarkisyan təyin edildi. Həmin vaxt baş qərargah rəisi
Yuri Xaçaturov idi. Xaçaturov birbaşa Moskvanın adamı olduğu üçün
Sarkisyan ona toxuna bilmədi. Daha sonra Xaçaturov Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib seçildi. Onu
Movses Akopyan əvəz etdi. Sarkisyanı devirən Paşinyan keçmiş
prezidentin varisi hesab olunan Viqern Sarkisyanı David Tonoyanla
əvəz etdi. Tonoyan Qərbyönümlü mövqeyi ilə tanınır. Movses
Akopyanın gedəcəyi gözlənilən idi. Çünki Akopyan “Qarabağ klanı”na
daxil idi, həmçinin, Rusiyapərəst general kimi tanınırdı. Onun
yerinə təyin olunacağı deyilən Onik Qasparyan isə Tonoyan kimi
anti-Rusiya mövqeyinə malikdir. Görünür, Paşinyan orduda “rus
təmizliyi” aparır.
Asif