Prezident İlham Əliyev Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir neçə nəfərə fəxri ad verib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar mühəndis”

Qasımov Şahbaz Məmmədhəsən oğlu

Vəliyev Şahmar Rüstəm oğlu

Yaqubov Nəriman İbrahim oğlu

“Əməkdar jurnalist”

Əliyev Abbas Murad oğlu.

Qeyd edək ki, Abbas Əliyev İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəridir.