Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
Publika.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv “Dalğa Arena”da makedoniyalı həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Azərbaycan yığmasının heyətində qolu 5-ci dəqiqədə Kamran Əliyev vurub.
Qeyd edək ki, Azərbaycanın və Makedoniyanın U-20 komandaları mayın 27-də eyni stadionda yenidən üz-üzə gələcək. Azərbaycan millisi ilk yoldaşlıq görüşündə Gürcüstana 1:2 hesabı ilə uduzub.
Yoldaşlıq oyunu
19:00. Azərbaycan U-20 - Makedoniya U-20 1:1
Qol: Kamran Əliyev, 5 - Filip Trayanovski, 87.
"Dalğa Arena".