ABŞ Prezidenti Donald Trampın tarixi sammiti ləğv etməsinə Şimali Koreya reaksiya bildirib.

Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, rəsmi Pxenyan Kim Çen Inın Trampla hər zaman və hər şəkildə görüşməyi arzu etdiyini bildirib.

Qeyd edək ki, Tramp dünən Kim Çen Ina göndərdiyi məktubu paylaşmış və zirvə görüşünün baş tutmayacağını dünyaya elan etmişdi. O, məktubunda "12 iyunda Sinqapurda keçirilməsi planlaşdırılan zirvə ilə bağlı canfəşanlığınızı alqışlayırıq. Təəssüf ki, son açıqlamalarınızda göstərdiyiniz qəzəb və açıq düşmənliyə dayanaraq uzun müddətdir planlaşdırılan görüşün hazırda keçirilməsini uyğun hesab etmirəm. Xahiş edirəm, bu məktubu iki tərəfin xeyrinə Sinqapur zirvəsi təmsili qəbul edin. Nüvə qabiliyyətlərinizdən danışırsınız, ancaq bizimkilər o qədər nəhəng və güclüdürlər ki, onlardan istifadə etməyə məcbur qalmamaq üçün Tanrıya dua edirəm. Zirvə ilə əlaqədar fikrinizi dəyişdirsəniz mənə zəng edə və yaza bilərsiniz"-yazıb.

Aysel Yaqubqızı / Metbuat.az