Elgiz Əkbər efirdə xaql artistinin pişiyindən danışıb.

Metbuat.az xəbər verir ki, ARB TV-nin efirində Elgiz Əkbər xalq artisti İlhamə Quliyevanın pişiyini yada salıb. Müğənni dünyasını dəyişdikdən sonra pişiyi Əli Mirəliyevə veriblər. Elgiz pişiyin indiki günü ilə keçmiş gününü müqayisə edib:

“Mənim yadımdadı İlhamə xanım Markizi Elzanın konsertinə necə hazırlatmışdı. Pişiyi böyük qəfəsdə 4 nəfər öpə-öpə məclisə gətirdi. Biz də Flora Kərimova ilə oturmuşduq. Pişiyi elə təmtəraqla məclisə gətirdilər ki, az qaldı bizi basıb keçələr. Gör e, indi də Əlinin həyətində yaşayır.”

Proqramdan sözügedən videonu təqdim edirik:


Rəqsanə: “Özüm kasetləri alıb məşhurlaşmaq üçün Rusiyada yaymışam” - VİDEO - Oxumaq üçün tıkla