Şimali Koreya ABŞ prezidenti Donald Trampın dünən Kim
Çen İnlə iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılan görüşü
ləğv etməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, rəsmi Pxenyan “ABŞ-a yenə də
görüşmək istəyirik” deyə bəyan edib.
Tramp Pxenyanın bu mövqeyindən məmnun qaldığını bildirib.
“Şimali Koreyanın səmimi açıqlaması çox yaxşı xəbərdir” – deyə
Tramp “Twitter”də yazıb.
Qeyd edək ki, Tramp dünən Şimali Koreya lideri Kim Çen İnin sərt
açıqlamalarına görə onunla planlaşdırılan görüşü ləğv etdiyini
açıqlamışdı.
Asif