20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız ikinci dəfə Makedoniya ilə qarşılaşacaq. "Dalğa Arena"da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Bu, komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.
27 may
19:00. Azərbaycan (U-20) - Makedoniya (U-20)
Milli.Az