Amerika analitikləri Dağlıq Qarabağda yeni hərbi əməliyyatları proqnozlaşdırırlar. İsrail Türkiyənin ABŞ-dan “F-35” beşinci nəsil qırıcı-bombardmançıları alması nı əngəlləmək üçün amerikalı səlahiyyətlilərlə müzakirələr aparır. İordaniyanın paytaxtı Əmmanda İran və israilli səlahiyyətlilər arasında gizli görüşün keçirildiyi iddia edilir. Suriyada Rusiya hərbi qulluqçularına hücumun arxasında Amerikanın Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülərin dayanması ehtimal edilir. ABŞ və Çin arasında Cənubi Çin dənizində hərbi gərginlik yaranıb.

“Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir”. Bunu bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda çıxışında prezident İlham Əliyev deyib.

Qarabağda yeni müharibə üçün SƏBƏB, Azərbaycan ordusu BU GÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var”