Qarabağda yeni müharibə üçün SƏBƏB, Azərbaycan ordusu BU GÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
108 baxış·5 dəq oxu
Amerika analitikləri Dağlıq Qarabağda yeni hərbi
əməliyyatları proqnozlaşdırırlar. İsrail Türkiyənin ABŞ-dan “F-35”
beşinci nəsil qırıcı-bombardmançıları alması nı əngəlləmək üçün
amerikalı səlahiyyətlilərlə müzakirələr aparır. İordaniyanın
paytaxtı Əmmanda İran və israilli səlahiyyətlilər arasında gizli
görüşün keçirildiyi iddia edilir. Suriyada Rusiya hərbi
qulluqçularına hücumun arxasında Amerikanın Et-Tanf bazasında
hazırlıq keçmiş döyüşçülərin dayanması ehtimal edilir. ABŞ və Çin
arasında Cənubi Çin dənizində hərbi gərginlik
yaranıb.
“Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün
hüquqi bazanı daha da genişləndirib. BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın
əsasını təşkil edir”. Bunu bu gün Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda
çıxışında prezident İlham Əliyev deyib.
Azərbaycan prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var”
“Bizim siyasətimiz milli maraqlar üzərində qurulub.
Bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət
yürüdülür”. Bu sözləri Azərbaycan Prezidenti İlham
Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda
çıxışında deyib.
Dövlət başçısı xalqın maraqlarının siyasətin mənbəyi olduğunu və
ölkədə qazanılan uğurların əsasında xalq, iqtidar həmrəyliyinin
dayandığını, ölkənin beynəlxalq nüfuz və mövqeyinin daha da
möhkəmləndirildiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini
vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi
torpaqlarında ikinci Erməni dövləti yaradılmasına imkan
verilməyəcək: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu
sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik. 2016-cı
ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu
göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.
“İndi Qarabağ münaqişəsinin həlli prosesi üzrə hər
hansı qiymətləndirmələr etmək çətindir. 2016-cı il aprel müharibəsi
münaqişənin nizama salınması barəsində böyük qeyri-müəyyənlik
yaratdı”. Bunu “Amerikanın Səsi”nin erməni xidmətinə
şərhində Amerika analitiki Ceffri Mankoff bildirib.
O hesab edir ki, aprel müharibəsinin gedişi Ermənistanın əvvəlki
rəhbərliyinin nüfuzunu xüsusilə ordunun müharibəyə hazırlığı
planında yerlə bir etdi. Mankoffun fikrincə, Ermənistanda daxili
siyasi problemlərinin dərinləşməsi hərbi toqquşmaların
yenilənməsinə gətirib çıxara bilər.
ABŞ-dan Qarabağla bağlı ŞOK PROQNOZ: müharibə başlayacaq və...
Türkiyənin ABŞ-dan “F-35” beşinci nəsil
qırıcı-bombardmançıları alması ehtimalından naharat olan İsrail
Türkiyəyə “F-35”-lərin texnoloji səviyyəsini yüksəldəcək
texnologiyanın verilməsini əngəlləmək üçün amerikalı
səlahiyyətlilərlə müzakirələr aparır. Bu haqda
İsrailin “Haaretz” qəzeti yüksək vəzifəli bir israilli
səlahiyyətliyə istinadən yazıb.
Onun sözlərinə görə, Yaxin Şərqdə “F-35”-lərə sahib tək ölkə
olmaq istəyən İsrail buna görə də Türkiyəyə göndəriləcək
qırıcılarla bağlı ABŞ-la yaxın təmas içindədir.
ABŞ-ın Türkiyəyə “F-35” verməməsinin səbəbi ORTAYA ÇIXDI - İsraildən SENSASİYALI İDDİA
ABŞ Dövlət Departamenti Suriya rejiminin
müxaliflərin nəzarətindəki Dera bölgəsinə genişmiqyaslı hücuma
hazırlaşdığı barədə bəyanat yayıb. Bəyanatda ABŞ
tərəfinin bundan ciddi narahatlıq keçirdiyi və rejimin hücuma
keçəcəyi halda konkret tədbirlər görüləcəyi bildirilib.
Məlumatda deyilir ki, dünən hökumət qüvvələrinin gələcək
əməliyyatı barədə Dera sakinlərinə təyyarədən broşürlər atılıb.
Qeyd edək ki, Dəra İsrail və İordaniya sərhədinin kəsişməsində
yerləşir. Əsədin bu hücum hazırlığına qarşı artıq 3 böyük hərbi
koalisiya və 20-yə yaxın müxtəfil hərbi qruplaşmaların birgə
"Qurtuluş Ordusu" yaratdığı bildirilir.
İordaniyanın paytaxtı Əmmanda İran və israilli
səlahiyyətlilər arasında gizli görüş keçirilib. Bu
iddia ilə Səudiyyə Ərəbistanının Londonda dərc olunan “İlaf” qəzeti
çıxış edib.
İranla İsrail arasında ŞOK RAZILAŞMA - MOSSAD-la gizli görüşün DETALLARI
Suriyada Rusiya hərbi qulluqçularına hücumun
arxasında Amerikanın Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər
dayana bilər. Belə versiyaya Rusiyanın Müdafiə
Nazirliyində baxılır.
Bəzi məlumatlara görə, hücumdan 2 gün əvvəl Deyr-ez-Zor
əyalətinə Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər qrupunu
atıblar. Rusiyanın Müdafiə Nazirliyi hazırda sözügedən qrupun
hücumda iştirak edib-etmədiyini müəyyənləşdirir.
Xatırladaq ki, mayın 23-də döyüşçülər qrupu Suriya ordusunun
artilleriya batareyasına hücum edib. Döyüş bir saata yaxın davam
edib. Hücum nəticəsində 4 Rusiya hərbi məsləhətçisi həlak olub, 43
döyüşçünün zərərsizləşdirildiyi bildirilir.
Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrından Suriyada hərbi
əməliyyatlar keçirir. “Kommersant” nəşrinin hesablamalarına görə,
Suriyada indiyə kimi 87 rusiyalı həlak olub. 2017-ci ilin sonunda
isə Müdafiə Nazirliyi 41 hərbçinin həlak olduğunu rəsmən
açıqlamışdı.
Yaxın Şərqdə gedən son proseslər iki hərbi
ağırçəkili oyunçunun – İran və İsrailin addım-addım müharibəyə
yaxınlaşdığını göstərir. Belə olan halda, onlardan
kimin hərbi cəhətdən daha üstünlüyə malik olması sualı ortaya
çıxır. İsrail nüvə arsenalına baxmayaraq, İran dünyada ən effektiv
ordulardan biri ilə lovğalana bilər.
“GlobalFirepower.com” saytının topladığı məlumatlara əsasən,
ehtiyat qoşunlar da daxil olmaqla, İranın silahlı qüvvələrinin
ümumi sayı 934 min nəfər təşkil edir.
İsrail-İran müharibəsi baş verərsə qalib KİM OLAR? - Analitiklər AÇIQLADI
ABŞ-ın Suriyanın şimalında PYD/YPG terror təşkilatı
ilə quracağı qeyri-qanuni “sərhəd gözətçiləri gücü”nə dəstəyini
açıqlayan Səudiyyə Ərəbistanı təşkilata maddi yardım
göndərib. Bu haqda Suriya müxalifətinə aid
“Baladi-News” portalı bildirib.
Xəbərə görə, PYD “Kuvvatu's-Sanadid” adlı qrupla birlikdə
Suriya-İraq sərhədində “sərhəd gözətçiləri gücü” üçün qeydiyyata
başlayıb. Qanunsuz hərbi birliyə qatılanların 2 il xidmət edəcəyi
və aylıq 200 dollar maaş alacağı bildirilir.
Varşavanın siyasəti Rusiya-Polşa sərhədində
qarşıdurma yarada bilər. Bunu Varşavada ABŞ-ın daimi
hərbi bazasının yerləşdirilməsi barədə xəbərləri şərh edən
Rusiyanın Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini
Yuri Şvıtkin bildirib.
Onun sözlərinə görə, bu addım regionda sabitlik üçün təhlükə
yaradır. Parlament üzvü vurğulayıb ki, Rusiya müdafiə potensialının
möhkəmləndirilməsi üzrə tədbir görməyə hazırdır.
Daha əvvəl Polşanın Müdafiə Nazirliyinin sənədlərinə istinadən
“Politico” nəşri bildirib ki, Varşava Polşa ərazisində ABŞ-ın daimi
hərbi bazasının yaradılması üçün iki milyard dollar ödəməyə
hazırdır. Hakimiyyətin bu addımı “Polşada ABŞ-ın daimi hərbi
diviziyasına olan ehtiyacla” izah edilir.
Amerikanın hərbi gəmiləri Çinin ərazi sularına
icazəsiz soxulub. Bu haqda Çinin Müdafiə Nazirliyinin
nümayəndəsi U Syan bildirib.
O təsdiq edib ki, “USS Antietam” raketləri ilə təchiz edilən
“USS Higgins” esminesi və kreyser Sişa adalarının 12 dəniz mili
məsafəsindən keçib. Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki,
Pekin cavab olaraq Cənubi Çin dənizi regionuna təyyarədaşıyan
gəminin daxil olduğu donanma qrupunu göndərib.
Dəhşətli müharibə başlayır - Donanma HƏRƏKƏTƏ KEÇDİ