20:42
Yoxlama oyunu
29 may
Azərbaycan - Qırğızıstan - 1:0
Qol: Maksim Medvedev, 16
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə)
Bakı. Olimpiya Stadionu
Azərbaycan: 23. Səlahət Ağayev, 5. Maksim Medvedev (k), 15. Ruslan Abışov, 4. Pavel Paşayev, 26. Ürfan Abbasov, 2. Qara Qrayev, 8. Emin Mahmudov, 25. Cavid İmamverdiyev, 9. Namiq Ələsgərov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 17. Rəhman Hacıyev, 18. Coşqun Diniyev, 19. Amil Yunanov, 22. Mahir Mədətov, 28. Ufuk Budak, 30. Rahil Məmmədov
Baş məşqçi: Qurban Qurbanov
Qırğızıstan: 16. Valeri Kaşuba, 3. Tamirlan Kozubayev, 5. Kursanbek Şeratov (k), 8. Aziz Sıdıkov, 10. Mirlan Murzayev, 11. Bekjan Saqınbayev, 12. Avazbek Otkeyev, 18. Kayrat Jırqalbekuulu, 20. Baxtiyar Duyşobekov, 21. Farxat Musabekov, 23. İslam Şamşiyev
Ehtiyat oyunçular: 1. Kalısbek Akimaliyev, 2. Amanbek Manıbekov, 6. Şerzot Şakirov, 7. Odiljon Abduraxmanov, 9. Alimardon Şukurov, 13. Kutman Kadırbekov, 14. Pavel Sidorenko, 15. Murolimjon Axmedov, 17. Atai Dzumaşev, 19. Roman Levçenko, 22. Mustafa Yusupov
Baş məşqçi: Aleksandr Krestinin
07:57
Bu gün Azərbaycan millisi növbəti yoxlama matçına çıxacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda Qırğızıstan yığmasını qəbul edəcək.
Bu, "Qarabağ"ın çalışdırıcısının yığmanın "sükanı arxasında" 4-cü sınağı olacaq. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.
Budəfəki rəqib komandamız üçün yad deyil. Millimiz 2018-ci ildə 4-cü yoxlama matçında Qırğızıstanla 4-cü dəfə üz-üzə gələcək. İki dəfə qalib gəlib, 1 dəfə "sülh" bağladığımız asiyalıları sevindirəcəyimiz inandırıcı görünmür. Qırğızlara uduzmayan yığmamız bu dəfə də uğurlu seriyanı davam etdirmək iddiasındadı.
Düzdür, Bakı Olimpiya Stadionunda baş tutacaq görüşdə komandamızın asan qələbə qazanacağı da gözlənilmir.
Çünki Qurbanov Millətlər Liqası üçün hələ optimal heyət axtarışındadı və onun qırğızlarla duelə də bir neçə futbolçunu fərqli mövqedə oynadacağı istisna edilmir. Amma hər halda, qələbə Qurbanovlu yığmanın ilki olacaq. Bu, həm də qələbəsizlik seriyasını bitirib, 2018-ci ilin "siftə"sini rəsmiləşdirəcək.
Qeyd edək ki, yığmamız iyunun 5-də Qazaxıstan, 4 gün sonra Latviya ilə də yoldaşlıq oyunu keçirəcək.
Yoxlama oyunu
20:00. Azərbaycan - Qırğızıstan
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə)
Bakı. Olimpiya Stadionu
Milli.Az