Türkiyədə Bilecik mərkəzi Deresakarı kəndi yolunun üstündəki bağına gedən Engin Yağcı gilas və alça ağacları ilə məşğul olduğu zaman ağacdan asılmış bir sellofan görüb.

Metbuat.az xəbər verir ki, Yağcı sellofanın içində bir məktub və bir miqdar pul tapıb. Məktubda “haqqını halal et. Bir az alçalardan yedik. Bir miqdar pul buraxdıq. Jandarma” yazısını oxuduqda çox təsirlənib.

Engin Yağcı məktubun aşağı hissəsində yazılmış telefon nömrəsinə zəng edərək bağdan hər zaman alça və gilas yeyə biləcəklərini, pula ehtiyac olmadığını deyib.

Engin Yağcı “ əsgərlər bu ərazilərdə keşik çəkərək həm bağımızı, həm malımızı qoruyurlar. Onların bizə borcu yoxdur. Hər zaman gəlib yesinlər” deyə bildirib.

https://metbuat.az/news/960616/bedeninizdeki-en-va...