Akupresür (akubası) bədənimizdə dolaşan həyat enerjisi konsepsiyasına əsaslanan ənənəvi Çin tibb üsuludur.
Metbuat.az xəbər verir ki, bu texnika bədəndəki bəzi baş orqanlara bağlı təzyiq nöqtələri ilə çalışır. Bu nöqtələrə doğru şəkildə təzyiq tətbiq edərək, müxtəlif sağlamlıq problemlərini müalicə edə bilərsiniz. Baş ağrısı, soyuq dəymə, qrip və yorğunluq kimi can sıxıcı sağlamlıq problemlərini bu şəkildə yüngülləşdirmək mümkündür.
Baş ağrısı, miqren, göz bulanıqlığı, yorğunluq, enerjinin aşağı düşməsi və soyuq qrip əlamətləri üçün nöqtələr başın arxasında, ortada, qulaq ilə onurğanın başlanğıcı arasında yerləşir. Bu nöqtələri masaj etmək, burun tıxanıqlığını, gözlərdə və qulaqlarda ağrı, şiddətli baş ağrısı və miqreni yüngülləşdirməyə kömək edir.

Boyun sərtliyi, çiyin gərginliyi və xroniki gündəlik baş ağrısı üçün bu nöqtə rotator manşet ilə vertebral kolon arasında yerləşir. Baş barmağınız və orta barmağın çiyin əzələsinə basaraq tapıla bilər. İşarə və ya və ya baş barmağınızı istifadə edərək aşağıya doğru təzyiq tətbiq edin, 4-5 saniyə boyunca masaj edin.

Uroloji fəsadlar, pelvik fəsadlar, yuxusuzluq və qadının ümumi sağlamlığının yaxşılaşdırılması üçün olan nöqtə ayaq biləyinizin 4 barmaq enində olur. Bu nöqtəni tapın və sıx bir təzyiq tətbiq edin. 4-5 saniyə masaj edin. Hamilələrin bu üsulu tətbiq etməməsi məsləhət görülür.

Müvəqqəti baş ağrısı, çiyin ağrısı, boyun gərginliyi və bel ağrısı üçün bu nöqtə üzük və kiçik barmağınız arasındakı oyuqda yerləşir. Sərt təzyiq tətbiq edin və 4-5 saniyə boyunca masaj edin.

Mədə-bağırsaq problemləri, qusma, ürəkbulanma, stress və yorğunluq müalicəsi üçün ayağınızın kənar tərəfində diz qapağının 4 qarış altındakı əzələ bölgəsinə 4-5 saniyə təzyiq tətbiq edin.

Hamiləlik, mədə narahatlığı, ürək bulanması, karpal tunel sindromu və baş ağrısı müalicəsi üçün qolunuzun iç tərəfindəki nöqtəyə 4-5 saniyə yüngül masaj edin.

Boyun sərtliyi, çiyin ağrısı, tennis dirsəyi və ishal müalicəsində görüntüdəki kimi bölgəyə sıx bir təzyiq tətbiq edin və 4-5 dəqiqə masaj edin.

Baş ağrısı, boyun ağrısı, stress, üz ağrısı, diş ağrısı müalicəsində baş barmağınız ilə işarə barmağınız arasında yeləşən hissəyə dərin təzyiq tətbiq edin və 4 -5 saniyə ərzində masaj edin. Hamiləlik müddətində istifadə edilməməlidir.

Stress, bel ağrısı, yüksək təzyiq, oynaq ağrısı, yuxusuzluq və depressiya müalicəsi üçün görüntüdəki kimi kimi bu hissəyə təzyiq tətbiq edin və masaj edin.

Göz yorğunluğunun, baş ağrısının aradan qaldırılması, burun tıxanıqlığının müalicəsi, yuxusuzluğun yaxşılaşdırılması və beyinin fəallığının artırılması üçün qaşların arasında yerləşən hissəyə barmaqlarınızı istifadə edərək təxminən bir dəqiqə ərzində yavaşca bu nöqtəyə basın və sonra sərbəst buraxın. Həftədə bir neçə dəfə təkrar edə bilərsiniz.

Ağız xora, yüngül hərarət, narahatlıq müalicəsində əlinizin içində üzük barmağınız səviyyəsinə baş barmağınızı basın, 4-5 saniyə masaj edin. 2-3 dəfə təkrar edin.

Bel ağrısı, nizamsız qanaxmalar və astma müalicəsində budun yuxarı ucunun üstündə 2 barmaq enində olan hissəyə baş barmaqlarınızdan istifadə edərək, onurğanın hər iki yanına 4-5 saniyə ərzində masaj tətbiq edin. Bu hərəkəti hər gün təkrarlayın.
