Ölkənin ən reytinqli şousu olan “Maşın” şounun 16-cı sürəti start götürüb.

Metbuat.az məlumatına görə, xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. Şounun ilk günündə iştirakçılar səsvermə yarışına müğənni Roza Zərgirlini çıxarıblar. Müğənni səs çoxluğu yığmasına baxmayaraq meyxanaçı Ələkbər Yasamallı təsadüfən əlini maşından çəkdiyi üçün şounu tərk etməli olub. Bundan təəssüflənən şounun aparıcısı xalq artisti Murad Dadaşov şounun tarixində etmədiyi addımı atıb.

“Ələkbər bir Allah şahiddir ki, sənin burda qalmağını mən nə qədər istəyirdim. Oyunun öz qanunları var. Gör dəyərli tamaşaçılarımız bizə nə göndərdi. Ancaq şou tarixində etmədiyim bir işi edəcəm. Rəsmi olaraq səni gələn şou yarışmamıza dəvət edirəm.”

Elgiz Əkbər qonaq çağırdığı müğənnini efirdə utandırdı - VİDEO - Oxumaq üçün tıkla