Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer zədəsini tam sağaldıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə yığmanın qapıçılarının məşqçisi Andreas Kepkaya məlumat verib. O, 32 yaşlı qolkiperin Avstriya ilə yoxlama matçında oynayacağını bildirib.
Xatırladaq ki, M.Noyer ötən ilin sentyabrında zədələndiyi üçün indiyə kimi matçlarda iştirak etmir.
Qeyd edək ki, Avstriya - Almaniya matçı iyunun 2-i keçiriləcək.
Milli.Az