Ermənistanın Energetika Nazirliyi "Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" Qapalı Səhmdar Cəmiyyətini (QSC) "Tashır Kapital" şirkətinə verilməsi barədə müqaviləni ləğv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, şəbəkə 2017-ci il avqustun 24-də "Tashır"in idarəçiliyinə verilmişdi.

Bununla bağlı qərarı Ermənistanın o vaxtkı hökuməti qəbul edib.

Qeyd edək ki, "Tashır" şirkətlər qrupu Rusiya vətəndaşı olan erməni əsilli milyarder Samvel Karapetyana məxsusdur.

Milli.Az